Şamaxı RİH-nin başçısı müharibə veteranları ilə görüşdü - Fotolar

Şamaxı RİH-nin başçısı müharibə veteranları ilə görüşdü - Fotolar

Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədov və Milli Məclisin deputatı xanım Tamam Cəfərova bir qrup müharibə veteranı ilə görüş keçirib.

“Qanunyolutv.az” xəbər verir ki, tədbirdə, həmçinin Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və əlillik dərəcəsi müəyyən olunmuş bir qrup müharibə veteranı iştirak edib.

Görüşdə ilk öncə Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şamaxı RİH-nin başçısı müharibə veteranları ilə görüşdü - Fotolar

Tədbirdə Şamaxı RİH başçısı Tahir Məmmədov çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Ordumuzun qazandığı tarixi qələbədən söhbət açıb. O bildirib ki, Vətən müharibəsində olduğu kimi ötən iki il ərzində ordumuz düşmənin bütün təxribatlarına layiqli cavab verib, düşməni geri çəkilməyə məcbur edib.12-13 sentyabr təxribatlarında xalqımızın birliyi, ordunun gücü bir daha düşməni geri çəkilməyə məcbur edib.
Şamaxı RİH-nin başçısı müharibə veteranları ilə görüşdü - Fotolar

Görüşdə çıxış edən deputat Tamam Cəfərova bilidirib ki, ordumuz Azərbaycan xalqının 30 ilə yaxın davam etmiş vətən, torpaq həsrətinə son qoyub, torpaqlarımız düşmən işğalından azad edilib.

Görüşdə Tahir Məmmədov və Tamam Cəfərova müharibə veteranlarını narahat edən məsələlərlə, onların qayğıları ilə maraqlanıb, bu istiqamətdə birgə müzakirə aparılıb. Bəzi məsələlərin həlli istiqamətində yerindəcə müvafiq addımların atılacağı bildirilib.
Şamaxı RİH-nin başçısı müharibə veteranları ilə görüşdü - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter