Koronavirusa yoluxanların sayı 300-ü keçdi
- 21.07.2022, 16:30,
- Sosial / Səhiyyə / Xəbər
Baxılıb: 49
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 305 yeni yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb."Qanunyolutv.az" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən iki nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 795 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 784 356 nəfər müalicə olunaraq sağalıb, 9 729 nəfər vəfat edib, aktiv xəstə sayı 1 410 nəfərdir.