Bu gün 14 iyun “Son zəng” dir

Bu gün 14 iyun “Son zəng” dir

Bu gün Azərbaycanda 2021/2022-ci dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq.

“Qanunyolutv.az” xəbər verir ki, ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri iyunun 14-də keçiriləcək.“Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunmalıdır.

Tədbirdə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər.

“Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.

Qeyd olunan məsələlər Təhsil Nazirliyinin müvafiq əmrində vurğulanıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter