“Nə istəyirsiniz məndən?!” - Şəfiqə Məmmədova
- 07.06.2022, 16:30,
- Sosial / Mədəniyyət / Xəbər
Baxılıb: 46
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova qanunsuz parkinqin rəhbərlik etdiyi ittifaqa məxsus olması xəbərinə münasibət bildirib.“Qanunyolutv.az” xəbər verir ki, Xalq artisti Modern.az-ın əməkdaşının qanunsuz parklanma barədə sualını belə cavablandırıb: “Mən məşğulam. Nə istəyirsiniz məndən?! Hər şeyi bilirəm, sakit olun”.
Qeyd edək ki, Bakının Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında çoxillik ağaclar kəsilərək yerində qanunsuz parkinq
yaradılıb.
Bakı Şəhər İcra Hakimiyyəti qanunsuz parklanmanın Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradıldığını, məsələnin Prezident İlham Əliyev tərəfindən nəzarətə götürüldüyünü
açıqlayıb. Həmçinin bildirilib ki, ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb.