Qanunsuz özəl mühafizə fəaliyyəti aşkarlandı
- 26.09.2020, 13:55,
- Kriminal
Baxılıb: 25
Facebook
Вконтакте
Одноклассники
Google+
Binəqədi rayonu ərazisində yerləşən bir Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) qanunsuz özəl mühafizə fəaliyyəti ilə məşğul olması faktı aşkar edilib.DİN-dən "Qanunyolu.info.az", “Qafqazinfo”-ya verilən məlumata istinadən, İnzibati Xətalar Məcəlləsinin 534-cü (əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşıma) maddəsinin tələblərini pozduqlarına görə MMC-nin təsisçisi, Bakı şəhər sakini E.Abıyev və 3 işçisi barəsində inzibati protokollar tərtib olunub.
Həmin MMC-nin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı üzrə də araşdırma müvafiq bölmədə aparılır.