Abşeronda növbəti vətəndaş qəbulu keçirildi - Fotolar
- 23.04.2022, 11:00,
- Sosial / Xəbər
Baxılıb: 33
Facebook
Вконтакте
Одноклассники
Google+
Abşeron Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib. “Qanunyolu.info.az” xəbər verir ki, qəbulda RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak edib.
Tədbirdə sakinlər rayon ərazisində bəzi küçələrə şəhidlərin adlarının verilməsində, sənədsiz evlərin və torpaq sahələrinin sənədləşdirilməsində, iş yerlərinin açılmasında və işə düzəldilməsində və eləcə də digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.
Yekunda RİH başçısı Abdin Fərzəliyev Abşeron rayonunda yeni iş yerlərinin yaradılması, investorların cəlb edilməsi və sərmayə qoyulması istiqamətində addımların atıldığını qeyd edərək hazırda rayon ərazisində böyük sahibkarlıq obyektlərinin fəaliyyət göstərdiyini bildirib.
Növbəti gün isə rayonun Masazır kəndində sakinlərin səyyar qəbul-görüşü keçirilmişdir.
Qəbuldan əvvəl Masazır kəndində məişət tullantılarının yığılmasında istifadə olunacaq yeni alınan xüsusi avtomobilin təqdimatı keçirilib.
Məktəbin akt zalında davam etdirilən qəbulda RİH başçısı hər həftə rayonun kənd və qəsəbələrində əhali ilə görüşlərin keçirildiyini qeyd edərək son illərdə Masazır kəndində sakinlərin sayının sürətli artımının və bununla əlaqədar olaraq bəzi təlabatların yaranmasının müşahidə edildiyini söyləyib.
Sakinlər tərəfindən qaldırılan bir sıra məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə həll edilib. Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
