Öldürülərək quyuya atılan üç yaşlı Məryəmin atası Taleh Allahyarov ATV-nin “Bizimləsən” proqramına gəlib.“Qanunyolu.info.az” xəbər verir ki, azyaşlının atası canlı efirdə açıqlama verərkən studiyaya polis əməkdaşları daxil olub.
Belə ki, Taleh Allahyarov şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə aparılıb.
Qeyd edək ki, verilişdə Taleh bir sıra təfərrüatı da danışıb:
“Məryəmin bəzi hərəkətləri məni əsəbiləşdirirdi, amma onu vurmurdum, deyirdim, get bibinlə oyna. Mən nevrozam”.
Zaur Baxşəliyev ona qızını asmasını xatırladıb. Aparıcı bildirib ki, sanki videonu görənə qədər ata Məryəmi asdığını xatırlamayıb:
“Yadıma düşmürdü. O videonu görəndə dəli oldum. Bunu necə eləmişəm?! Düzdür, bir-iki dəfə vurmuşam”.
Taleh Allahyarov bildirib ki, qızı ilə tez-tez danışırmış:“Məni başa düşəcək heç kim yox idi”.
“Məryəmin nə çəkdiyini şəkli görəndən sonra təsəvvür edə bildim. Bilmədim, əvvəl yandırıb, sonra təcavüz edib, yoxsa təcavüz edib, sonra yandırıb. Heç nə bilmirəm. Mənə məlumat verilmir.
Mehman məni qoymurdu, onu internat evinə verim. Deyirdi, sən özün də orada böyümüsən.
Nənəm görüb, bədənində bıçaq deşikləri vardı. Zorlanmadan sonra yandırıblar. Çoxu deyir ki, izi itirmək üçün belə ediblər”, o qeyd edib.