Şirvanda “Zəfər tariximiz” adlı ümumşəhər tədbiri keçirilib - Fotolar

Şirvanda “Zəfər tariximiz” adlı ümumşəhər tədbiri keçirilib - Fotolar

Şirvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfər tariximiz” adlı ümumşəhər tədbiri keçirilib.

"Qanunyolu.info.az" xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, Şirvan ŞİH-nin təşkilatçılığı ilə “Zəfər tariximiz” adlı ümumşəhər tədbiri keçirilib.

İlk olaraq Şirvan ŞİH-nin başçısı İlqar Abbasov, İcra Hakimiyyəti aparatının işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimai təşkilatların nümayəndələri şəhərin mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Şirvanda “Zəfər tariximiz” adlı ümumşəhər tədbiri keçirilib - Fotolar

Sonra Heydər Əliyev meydanında şəhər məktəblilərinin hazırladığı 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı fləşmob təşkil olunub.

Tədbir iştirakçıları Şəhidlər Xiyabanında 1-ci və 2-ci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların məzarlarını ziyarət edib. Öncə döyüşlərdə itkin düşənlərin xatirəsinə ucaldılan abidənin önünə tər qərənfillər düzülüb, “Şəhid Anası” memorial abidə kompleksi ziyarət olunub.
Şirvanda “Zəfər tariximiz” adlı ümumşəhər tədbiri keçirilib - Fotolar

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şəhidlər Xiyabanında şəhid ailələri ilə görüşərək belə qəhrəman, cəsur, mərd oğullar böyütdükləri üçün onlara təşəkkürünü bildirib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şücaətli Vətən övladlarının yaddaşlarda yaşacaqlarını, illər keçsə də, nəsillər dəyişsə də unudulmayacaqlarını vurğulayıb.

Sonra Zəfər günü münasibətilə “Zəfər tariximiz” mövzusunda məktəblilərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış möhtəşəm tarixi Zəfər, Qələbədən sonra Qarabağda irimiqyaslı bərpa-quruculuq işləri, “Dəmir Yumruq”, “Qarabağ mənzərələri”, “Şuşa qalası”, Vətən Müharibəsinin rəmzinə çevrilmiş “Xarıbülbül”, Şirvan şəhərindəki “Zəfər Abidəsi” və s. mövzuları əhatə olunub. Tədbir Mədəniyyət Mərkəzinin akt zalında pandemiya qaydaları gözlənilməklə davam edib.
Şirvanda “Zəfər tariximiz” adlı ümumşəhər tədbiri keçirilib - Fotolar

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra ölkəmizin müstəqilliyinin, suverenliyinin, konstitusiya quruluşunun, ərazi bütövlüyünün qorunması zamanı Prezident, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun tarixi torpaqlarımızın azad edilməsi uğrunda apardığı döyüş əməliyyatlarında rəşadət və qəhrəmanlıq göstərərək canından keçmiş bütün şəhid əsgər və zabitlərimizin, mülki şəxslərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbr dilənib.

Sonra “Şuşa bizimdir!”, “Zəfər paradı” filmləri izlənilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək Azərbaycan tarixinin ən qürur verici və şərəfli günü olan Zəfər günü münasibətilə hər kəsi təbrik edib, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.

Bildirib ki, bir il əvvəl Prezident, Silah Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır!” çağırışı ilə xalqımız dövlət başçısının ətrafında “Dəmir yumruq” kimi birləşdi. Şanlı Azərbaycan Ordusu 30 ilə yaxın işğalda olan torpaqlarımızı 44 gün ərzində azad edərək ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.
Şirvanda “Zəfər tariximiz” adlı ümumşəhər tədbiri keçirilib - Fotolar

Noyabrın 8-də Qarabağın incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edilməsi Azərbaycanın hərb tarixinə şərəfli, parlaq səhifə kimi yazıldı. Prezident cənab İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.

Qeyd etdi ki, Vətən müharibəsində qazanılmış Zəfərdən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanılıb. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin ərazilərə çoxsaylı səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyulur, yeni layihələrə start verilir.

Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Şirvan Şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov, şəhid Zülfüqarlı Zeynalın atası Alim Zülfüqarov erməni işğalına və təcavüzünə qarşı 44 günlük Vətən Müharibəsində Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin Zəfər Yürüşündən, Silahlı Qüvvələrin əsgər və zabitlərinin ağır döyüş şəraitində keçirdikləri uğurlu əməliyyatlardan, əsgər və zabitlər arasında yüksək hərbi vətənpərvərlik sayəsində əldə olunan nailiyyətlərdən, işğaldan azad edilən tarixi torpaqlarımızda Azərbaycan bayrağının ucaldılmasından, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətimizin gördüyü tədbirlərdən danışıblar.

Tədbir Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “İgidliyiə görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunan şəhidlərin ailə üzvlərinə və müharibə iştirakçılarına medallarının təqdim edilməsi ilə davam edib. Tədbir ağacəkmə aksiyası ilə davam etdirilib.
Şirvanda “Zəfər tariximiz” adlı ümumşəhər tədbiri keçirilib - Fotolar

Xalqımızı möhtəşəm Qələbəyə aparan 44 günün şərəfinə 8 noyabr-Zəfər Günündə ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirinin iştirakı ilə əsaslı yenidənqurma işləri tamamlanma üzrə olan Şirvan şəhəri Məhəmməd Füzuli adına Mədəniyyət və istirahət parkında ucaldılmış “Zəfər” abidəsinin ətrafında birinci və ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ağacəkmə kompaniyası keçirilib.

Ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayev, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və könüllülər iştirak edib. Abidə ətrafında Şirvan şəhərindən olan 157 şəhidin hər birinin şərəfinə ağac əkilib, parkın meşə zolağında isə 2500 sərv və şam ağacları əkilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter