Ramiz Əzizbəyli vəfat etdi
- 09.06.2021, 20:00,
- Sosial / Mədəniyyət / Xəbər
Baxılıb: 45
Facebook
Вконтакте
Одноклассники
Google+
Xalq artisti, rejissor Ramiz Əzizbəyli uzun sürən ağır xəstəlikdən sonra vəfat edib."Qanunyolu.info.az" xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
Qeyd edək ki, koronavirusa yoluxan 72 yaşlı Ramiz Əzizbəyli bir müddət əvvəl Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilmişdi. Onun infarkt keçirdiyi açıqlanmışdı.
Bundan əvvəl isə Xalq artisti üç dəfə insult keçirmişdi. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkirdi. Onun bir ayağındakı barmaqları amputasiya edilmişdi.
Allah rəhmət eləsin!