“Azərsun Holdinq”in rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib
- 10.05.2021, 12:30,
- Sosial / Xəbər
Baxılıb: 31
Facebook
Вконтакте
Одноклассники
Google+
Xalqımızın milli-mənəvi dəyərlərinə, tarixinə və şəxsiyyətlərinə dərin hörmət bəsləyən “Azərsun Holdinq” müasir Azərbaycanın qurucusu, Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə silsilə tədbirlər həyata keçirib. "Qanunyolu.info.az" xəbər verir ki, Ümumilli Liderin anım tədbirləri ilə əlaqədar Şirkətlər Qrupu adından ulu öndərin məzarı önünə əklil qoyulub. Həmçinin görkəmli alim akademik Zərifə Əliyevanın və Əziz Əliyevin məzarları ziyarət edilərək xatirələri ehtiramla yad edilib.
“9 may” faşizm üzərində qələbənin qazanılmasının 76-cı ildönümü münasibətilə Şirkətlər Qrupu adından 2 dəfə Sovet İttifaqı qəhramanı olmuş Həzi Aslanovun abidəsi zirayət olunub, önünə gül dəstəsi qoyulub.
Qeyd edək ki, 640 min həmvətənimizin iştirak etdiyi müharibədə Azərbaycan xalqı çox itkilərə və hədsiz məhrumiyyətlərə məruz qalaraq düşmən üzərində qələbənin qazanılmasında mühüm rol oynayıb.