Yasamalın icra başçısı veteranları ziyarət etdi - Fotolar

Yasamalın icra başçısı veteranları ziyarət etdi - Fotolar

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 1941-1945-ci illərin Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin ildönümü münasibətilə Yasamal rayon sakinləri olan bir qrup veteranı evlərində ziyarət edib.

"Qanunyolu.info.az" xəbər verir ki, Elşad Həsənov onların gündəlik qayğıları ilə maraqlanıb və can sağlığı arzulayıb. Veteranlara ərzaq sovqatları təqdim edilib. İcra başçısı qeyd edib ki, Azərbaycan rəhbərliyi veteranlara hər zaman qayğı göstərir.
Yasamalın icra başçısı veteranları ziyarət etdi - Fotolar

Elşad Həsənov Prezident İlham Əliyevin “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzaladığını qeyd edib.

Elşad Həsənov ölkədə davam edən pandemiya şəraitində veteranlara xüsusi qayğının göstərildiyini bildirib. Belə ki, müharibə veteranlarına zəruri olan sosial yardımlar göstərilməkdədir.
Yasamalın icra başçısı veteranları ziyarət etdi - Fotolar

Öz növbəsində Böyük Vətən Müharibəsinin veteranları göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə xüsusi təşəkkürlərini bildiriblər. Yasamal veteranları bu gün onlara göstərilən diqqətdən çox məmnun qaldığlarını vurğulayıblar.

Faşizm üzərində Qələbənin ildönümü münasibətilə Elşad Həsənov, millət vəkili Ülvi Quliyev və ictimaiyyət nümayəndələri Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsinə də baş çəkiblər. Abidə önünə əklil qoyulub, Böyük Vətən Müharibəsinin qurbanları yad edilib.
Yasamalın icra başçısı veteranları ziyarət etdi - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter