Ceyhun Bayramov Erkan Özoralla görüşdü

  • 07.04.2021, 17:20,
  • Siyasət
  • Baxılıb: 280
Ceyhun Bayramov Erkan Özoralla görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

"Qanunyolu.info.az" xəbər verir ki, XİN-dən verilən məlumata görə, Ceyhun Bayramov iki qardaş ölkə arasında mövcud olan ən yüksək səviyyəli münasibətlərin inkişafında səfir qismində Erkan Özaralın rolunu məmnunluqla qeyd edərək, bu xüsusda verdiyi töhfəyə görə ona təşəkkürünü bildirib.

Azərbaycan və Türkiyə arasında mövcud olan yüksək səviyyəli münasibətlərin, o cümlədən səfirlərin üzərinə böyük məsuliyyət qoyduğunu bildirən nazir, Azərbaycandakı diplomatik fəaliyyəti müddətində səfir Erkan Özaralın bu önəmli vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəldiyini və ölkəmiz üçün tarixi bir dövrdə qardaş Türkiyənin elçisi qismində uğurla fəaliyyət göstərdiyini vurğulayıb.
Ceyhun Bayramov Erkan Özoralla görüşdü

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter