Prezident onları "Şərəf" və “Şöhrət” ordeni ilə təltif etdi
- 30.12.2020, 19:30,
- Siyasət
Baxılıb: 42
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev bir qrup şəxsi "Şərəf" və “Şöhrət” ordeni ilə təltif edib."Qanunyolu.info.az" xəbər verir ki, Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətinə görə
Tənzilə Yolçu qızı Rüstəmxanlı bu ordenə layiq görülüb.
Bundan başqa, Azərbaycanın diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə
Həsən Əziz oğlu Həsənov da “Şöhrət” ordeni ilə təltif edilib.
Eyni zamanda Azərbaycanda jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Teymur Əkbər oğlu Əhmədov da “Şöhrət” ordeni ilə mükafatlandırılıb.
Elman Camal oğlu Məmmədov isə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif olunub.
Azərbaycanda elm və təhsilin inkişafında böyük xidmətlərinə görə
Kamal Mehdi oğlu Abdullayev “Şərəf” ordeni ilə təltif olunub.
Nailə Məmmədəli qızı Vəlixanlı isə ölkədə elmin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeninə layiq görülüb.
Mükafatlandırılanlar arasında Xalq artisti
Mənsum İbrahimov da var. O, Azərbaycan milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.
"Qanunyolu.info.az" xəbər portalı kollektivi adından Cənab Prezident tərəfindən "Şöhrət " və "Şərəf" ordeni ilə təltif olunanları təbrik edirik.
