Prezident Niyaməddin Musayevlə bağlı sərəncam imzaladı

Prezident Niyaməddin Musayevlə bağlı sərəncam imzaladı














"Qanunyolu.info.az" xəbər verir ki, 30- da Prezident İlham Əliyev Niyaməddin Musayevin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda estrada sənətinin inkişafında xidmətlərinə görə Niyaməddin Cabbar oğlu Musayev 2-ci dərəcəli "Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, müğənni, Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordeni laureatı N.Musayevin mayın 1-də 80 yaşı tamam olacaq.
P.S. "Qanunyolu.info.az" xəbər portalının kollektivi də estradamızın ulduzu, öz nəğmələriylə dinləyicilərinin daima rəğbətini qazanan, Azərbaycan Respublikasının Xalq artisti, gözəl səsə malik olan sənətkarımız Niyaməddin Musayevi 80- yaşı tamam olmasıyla yanaşı ,Cənab Prezidentimiz İlham Əliyevin onu 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif etməsi münasibətilə təbrik edir, ona həyatda sevinc dolu günlər, xoş və firavan ömür, karyerasında yeni-yeni nailiyyətlər arzulayırlar.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter