Türkiyə 2021-ci ildə NATO-da mühüm rol oynayacaq

  • 30.12.2020, 16:40,
  • Siyasət
  • Baxılıb: 66
Türkiyə 2021-ci ildə NATO-da mühüm rol oynayacaq

Türkiyə yeni ildə NATO-da mühüm rol oynayan vəzifəni öz üzərinə götürəcək. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, qardaş ölkə bu vəzifəni yanvarın 1-dən Polşadan təslim alacaq.

NATO-nun Müdaxilə Qüvvələrinin bir hissəsi olan Çox Yüksək Hazırlıq Birgə Xüsusi Qüvvələrinin (VJTF) Komandanlığının 66-cı Mexanikləşdirilmiş Piyada Briqada Komandirliyinə Albaniya, Macarıstan, İtaliya, Latviya, Çernoqoriya, Polşa, Rumıniya, Slovakiya, İspaniya, İngiltərə və ABŞ-dan 6 min 400 nəfərdən ibarət hərbi qüvvələr yer alacaq.

NATO açıqlamasında VJTF-yə son model zirehli texnika, tank əleyhinə raketlər və haubitsaların ayrıldığını qeyd edib.

Qeyd edək ki, Rusiyanın Ukraynadakı sabitliyi pozan fəaliyyətləri və Yaxın Şərqdəki iğtişaşlar kimi dəyişən təhlükəsizlik mühiti səbəbindən VJTF-nin qurulmasına NATO dövlət və hökumət başçılarının 2014-cü ildə Uelsdə keçirilən zirvəsində qərar verilib.

2020-ci ildə Polşa və 2019-cu ildə Almaniya sözügedən qüvvəyə rəhbərlik edib.

VJTF NATO müttəfiqlərini hər cür təhdiddən qorumaq üçün çox qısa müddətdə hərəkətə keçməyə hazırdır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter