İranda prezidentliyə namizədlikdə qaydalar dəyişdi
- 16.12.2020, 09:40,
- Siyasət
Baxılıb: 47
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-da daimi yaşayış və iş təmin edən “yaşıl kart” (green card) sahibləri və ikili vətəndaşlar İranda prezidentliyə namizəd ola bilməyəcəklər."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə İran parlamenti tərəfindən qəbul edilən yeni qanun tənzimlənməsində qeyd olunub.
Seçki Qanununda dəyişiklik nəzərdə tutan qanun layihəsi Məclisin Baş Assambleyasında 193 səslə qəbul edilib. Həmçinin namizədlərin minimum 40 yaş şərtinin aradan qaldırılması məsələsi müzakirə edilsə də, müsbət nəticələnməyib.
Qeyd edək ki, mühafizəkarlar İranda bir çox dövlət qurumlarında ikili vətəndaşların işlədiyini iddia edirlər. Bir çox ölkənin əksinə, ikili vətəndaşlıq qəbul etməyən İranın dövlət qurumlarında çalışmasına icazə verilmir. İkili vətəndaşlıq məsələsi də İran Məhkəmə Hakimiyyəti ilə hökumət arasında mübahisələrə də səbəb olmuşdu. Məhkəmə İdarəsi Prezident Həsən Ruhani hökumətində ikili vətəndaşlıqlı yüksək vəzifəli məmurların olduğunu iddia edərkən, Ruhaniyə bağlı Kəşfiyyat Nazirliyi iddialarla bağlı sənədlər istəmişdi.
