Hərbi vəziyyət 12 dekabr saat 00:00-da ləğv edilir - Fərman

  • 11.12.2020, 15:30,
  • Siyasət
  • Baxılıb: 66
Hərbi vəziyyət 12 dekabr saat 00:00-da ləğv edilir - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev hərbi vəziyyətin ləğv edilməsi haqqında fərmanı imzalayıb.

“Qanunyolu.info.az” xəbər verir ki, fərmanda deyilir:

1. “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilsin.

2. Bu Fərman təsdiq olunması üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərilsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsindən irəli gələn vəzifələrin həyata keçirilməsini təmin etsin.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter