Prezidentlə Ərdoğan Şəhidlər xiyabanını ziyarət etdilər - Video + Fotolar

  • 10.12.2020, 12:10,
  • Siyasət
  • Baxılıb: 44
Prezidentlə Ərdoğan Şəhidlər xiyabanını ziyarət etdilər - Video + Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, dövlət başçıları Ulu Öndərin məzarı önünə əklillər qoyublar.
Prezidentlə Ərdoğan Şəhidlər xiyabanını ziyarət etdilər - Video + Fotolar

Sonra Azərbaycan və Türkiyə prezidentləri Şəhidlər xiyabanını ziyarət ediblər.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklillər qoyublar.
Prezidentlə Ərdoğan Şəhidlər xiyabanını ziyarət etdilər - Video + Fotolar

Sonra Azərbaycan və Türkiyə prezidentləri Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklillər qoyublar.

Dövlət başçıları Xatirə kitabına ürək sözlərini yazıblar.
Prezidentlə Ərdoğan Şəhidlər xiyabanını ziyarət etdilər - Video + Fotolar

Prezidentlə Ərdoğan Şəhidlər xiyabanını ziyarət etdilər - Video + Fotolar

Prezidentlə Ərdoğan Şəhidlər xiyabanını ziyarət etdilər - Video + Fotolar


Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter