“Zəfər” ordeni alan general-polkovniklər...

  • 09.12.2020, 22:00,
  • Siyasət
  • Baxılıb: 37
“Zəfər” ordeni alan general-polkovniklər...

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, “Zəfər” ordeni ilə ilə təltif olunanlar arasında 5 general-polkovnik də var.

Belə ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov da təltif olunanlar arasındadır.

Bundan başqa, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev də “Zəfər” ordeni təltif olunub.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevlə Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov da “Zəfər” ordeninə layiq görülüb.

Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini, general-leytenant Ayaz Həsənov, Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov, Müdafiə nazirinin şəxsi heyət üzrə müavini-Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev, Müdafiə Nazirliyinin Mühəndis istehkam xidmətinin rəisi Anar Kərimov da təltif olunanlar arasındadır.

Bundan başqa, Dövlət Sərhəd Xidmətinin general-mayorları Aqşin Məhərrəmov, Rəsul Tağıyev və Artilleriya qoşunlarının komandanı general-mayor Ağamir Sultanov da “Zəfər” ordeni ilə təltif olunub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter