“Azərbaycana 207 milyon dollar ödəyəcəyik” - Serbiya Prezidenti

  • 05.12.2020, 03:40,
  • Siyasət
  • Baxılıb: 55
“Azərbaycana 207 milyon dollar ödəyəcəyik” - Serbiya Prezidenti

Serbiya “Dəhliz 11” yolunun tikintisi üçün Azərbaycandan aldığı kreditin 170 milyon avro (207 milyon dollar) məbləğində ödənilməmiş hissəsini qaytarmağı planlaşdırır. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

“170 milyon avro həcmində borcun ödənilməsi Serbiyanın dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbətini 0,42 faiz bəndi azaldaraq 58,5%-ə endirəcək”, - Vuçiç deyib.

Serbiya Prezidentinin sözlərinə görə, borc bu ilin sonunadək, ən geci 2021-ci ilin əvvəlində Azərbaycana ödəniləcək.

Qeyd edək ki, Serbiya Azərbaycan hökumətindən 2012-ci ildə “Dəhliz 11”in tikintisi üçün 300 milyon avro məbləğində kredit alıb. Tikinti işləri Azərbaycanın “Azvirt” inşaat şirkəti tərəfindən həyata keçirilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter