Mehriban Əliyevadan Kəlbəcərlə bağlı təbrik
- 25.11.2020, 13:40,
- Siyasət
Baxılıb: 62
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə paylaşım edib.“Qanunyolu.info.az” xəbər verir ki, paylaşımda deyilir:
“Hörmətli həmvətənlər!
Sizi əlamətdar hadisə - Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin!
Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”