Mehriban Əliyeva xalqı təbrik etdi
- 20.10.2020, 17:10,
- Siyasət
Baxılıb: 42
Facebook
Вконтакте
Одноклассники
Google+
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Ordusunun növbəti qələbəsi münasibətilə Azərbaycan xalqını təbrik edib."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Mehriban Əliyeva bu barədə instaqramda paylaşım edib.
Paylaşımda deyilir: “Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm! Yaşasın Azərbaycan xalqı və Azərbaycan Ordusu! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”