Füzuliyə atılan fosfor bombası xarici KİV qarşısında zərərsizləşdirilib - Video
- 18.11.2020, 16:25,
- Siyasət / Xəbər
Baxılıb: 31
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev işğaldan azad olunan Füzuli bölgəsinə atılan ağ fosfor raketlərinin zərərsizləşdirmə anının kadrlarını paylaşıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, videonu öz tvitter hesabında paylaşan Hikmət Hacıyev Ermənistanın müharibə cinayətlərini işıqlandırmaq üçün bölgəyə beynəlxalq jurnalistlərin cəlb olunduğunu qeyd edib.
“Beynəlxalq jurnalistlər Azərbaycanın azad edilmiş Füzuli bölgəsini ziyarət edirlər. Ermənistanın müharibə cinayətlərini yerindəcə görmək üçün. Beynəlxalq medianın kameraları qarşısında Füzuli bölgəsinə Ermənistan tərəfindən atılan ağ fosfor mərmiləri zərərsizləşdirildi. Ağ fosforun istifadəsi qadağandır”,- deyə H. Hacıyev qeyd edib.