“Bütün müdafiə imkanlarımızı Azərbaycanla bölüşməyə hazırıq” - Fuat Oktay

  • 06.11.2020, 22:20,
  • Siyasət
  • Baxılıb: 26
“Bütün müdafiə imkanlarımızı Azərbaycanla bölüşməyə hazırıq” - Fuat Oktay

“Azərbaycanın torpaqlarını Ermənistan işğalından azad etməsi uğrunda apardığı mübarizədə Türkiyə olaraq lazım olan bütün müdafiə imkanlarımızı can Azərbaycanla bölüşməkdə davam edəcəyik”.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay Prezident Administrasiyası nəzdindəki Müdafiə Sənayesi Nazirliyinin quruluşunun 35-ci ili ilə əlaqədar keçirilən tədbirdə deyib.

O bildirib ki, Türkiyə öz müdafiə ehtiyaclarını milli imkanlarıyla qarşılamaqla yanaşı, dost, mütəffiq ölkələrin ehtiyaclarını qarşılayacaq:

"Buna misal kimi Azərbaycanının Dağlıq Qarabağdakı haqlı savaşında istifadə etdiyi İHA və SİHA-Iarı göstərə bilərik. Biz Türkiyə olaraq Azərbaycanın torpaqlarını işğalçı Ermənistandan geri alması uğrunda apardığı mübarizəni dəstəkləyirik".
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter