İranlı səfirdən İlham Əliyevə təbrik mesajı
- 23.10.2020, 20:30,
- Siyasət
Baxılıb: 13
Facebook
Вконтакте
Одноклассники
Google+
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın İranla bütün sərhədinə nəzarəti bərpa etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, səfir Tvitter səhifəsində yazıb:
“Cənab Prezident!
İran və Azərbaycan arasındakı 760 km-lik ortaq sərhəd, pis niyyətli şəxslərin iştirakı və müdaxiləsi olmadan hər iki qonşu ölkənin xalqları üçün sülh, təhlükəsizlik və dostluq sərhədi olaraq qalacaq. İran xalqı azərbaycanlı müsəlman bacı və qardaşlarının sevincinə sevinir”.