“Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun!”
- 18.10.2020, 12:45,
- Siyasət
Baxılıb: 45
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə instaqram hesabında paylaşım edib."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, paylaşımda deyilir:
“Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir.
Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir.
Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!”