Ermənilər dəfn zamanı atəş açdı - 3 mülki şəxs həlak oldu+Yenilənib
- 15.10.2020, 13:55,
- Siyasət / Bölgə / Xəbər
Baxılıb: 34
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistan silahlı qüvvələri ağır artilleriyadan istifadə etməklə Tərtəri atəşə tutmağa davam edir."Qanunyolu.info.az", "Qafqazinfo"-nun cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının verdiyi məlumata istinadən, düşmən mərmilərindən biri qəbiristanlığa düşüb. Həmin vaxt dəfn mərasimi keçirilirmiş.
İlkin məlumata görə, hadisə nəticəsində 3 mülki vətəndaş həlak olub, 3-ü isə yaralanıb.
Hadisə nəticəsində qəbiristanlıqda bir neçə məzar dağılıb. Bundan başqa, avtomobillərə də ciddi ziyan dəyib.
****
Yaralıların sayı 5 nəfərə çatıb.
****
"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən həlak olanların və yaralıların adlarını təqdim edir:Məmmədov Füzuli Əli oğlu (1966)
Əmirov Nofəl Yelmar oğlu (1968)
Əmirov İskəndər Yelmar oğlu (1967)
Allahverdiyev Elsevər Vəli oğlu (1979)
Qənzənfərli Rafael Qəzənfər oğlu (1986)Həlak olanlar: Rüstəmov Vasif Bahadur oğlu (1962)
Orucov Pərviz Novruz oğlu (1989)
Zamanov Şakir Xasay oğlu (1988)