Ermənistanın hərbi təxribatlarına səssiz qalan ölkələri qınadı
- 14.10.2020, 10:55,
- Siyasət
Baxılıb: 12
Facebook
Вконтакте
Одноклассники
Google+
Türk Dünyası Parlament Birliyinin (TDPB) sədri Nail Çələbi işğalçı Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatlarına səssiz qalan ölkələri qınayıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Çələbi Ankarada mətbuat konfransında çıxışı zamanı Ermənistanın terror dövləti olduğunu bildirib: “Ermənistanı idarə edənlər terrorçu, qatildir, kiminsə kuklasıdır. Dünya bunları görməlidir. Onlar erməni terroruna göz yummaqdan əl çəkməlidirlər. Azərbaycan 30 ildir ki, öz torpaqlarına həsrətdir. Hər bir Azərbaycan türkü işğal altındakı torpaqlarına qovuşmaq üçün and içib. Azərbaycan bir türk dövlətidir və heç vaxt mülki şəxslərə, ibadət yerlərinə, xəstəxanalara hücum etməz.
Beləliklə, erməni oyunu pozuldu. Torpaqlarını müdafiə edən Azərbaycan erməni terrorçularını məhv edən halda kimsə narahat oldu. Rusiyanın təklifi ilə atəşkəs elan olundu. Amma Ermənistan atəşkəsi pozdu. Biz Ermənistanı qınayır və lənətləyirik. Bu terrora göz yuman, hücumlara səssiz qalan ölkələri də qınayırıq.. Azərbaycan əvvəl-axır öz torpaqlarına qovuşacaq. Masada olmasa da, cəbhədə buna nail olacaq”.
