Ermənilər Gəncəyə məhz bu səbəbdən “Skad” atdı
- 12.10.2020, 17:40,
- Siyasət / Bölgə / Xəbər
Baxılıb: 12
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistanın cinayətkar hərbi siyasi rəhbərliyinin qərarıyla humanitar atəşkəs dövründə Gəncə şəhərində mülki əhalinin raket hücumuna məruz qalması növbəti erməni terrorunun bariz nümunəsidir. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, 10 nəfərin ölümü, 34 nəfərin yaralanmasına səbəb olan qanlı terrorda “Skad” raketindən istifadə edilib. Bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov da məlumat verib. O qeyd edib ki, raketin qalıqlarının üzərində 8K-14 yazılıb: “Bu, bizə dəqiq deməyə imkan verir ki, Gəncəyə atılan “Elbrus” raketi olub. Onun uzunluğu 11,2 metrdir”.
Qeyd edək ki, dinc sakinlərə qarşı belə raketdən istifadə etmək hərbi cinayət olmaqla bərabər, vandalizm aktıdır. Dünyada “Skad” raketiylə mülki əhalinin hədəfə alınması təcrübəsindən demək olar ki, az istifadə edilib. Bu raketdən mülki əhalini vurmaq üçün istifadə etməyə yalnız Ermənistanın faşist xislətli hərbi siyasi rəhbərliyi qərar verə bilərdi.
Bildirək ki, “Skad” raketi soyuq müharibə dövründə SSRİ tərəfindən istehsal olunmuş taktiki ballistik raketdir. İlk istehsal olunmuş versiyasının adı R-11, sonrakı daha inkişaf etdirilmiş variantı isə “R-17 Elbrus” adlanır. “Skad” adı isə bu raketin NATO kod adıdır və bu ad daha çox istifadə olunur. Raketin sürəti maksimum Mach 5.0-dir (1.7 km/s).
Skad-B R-11 (Skad-A) raketinin davamçısı olaraq R-17, 1970-ci illərdən isə R-300 olaraq adlandırılıb. “Skad” raketi döyüşlərdə istifadə olunmuş çox az raketlərdən biridir. Almaniya istehsalı V-2 raketindən sonra ikinci ən çox istifadə olunan ballistik raketdir.
