“Ermənistan danışıqlarla bağlı ciddi addım atmasa, hərbi əməliyyatlar bərpa oluna bilər”

  • 10.10.2020, 16:20,
  • Siyasət
  • Baxılıb: 9
“Ermənistan danışıqlarla bağlı ciddi addım atmasa, hərbi əməliyyatlar bərpa oluna bilər”

"Ermənistan o qədər mənasız məsələlər qaldırırdı ki, heç o barədə danışmaq, müzakirə aparmaq lazım deyil".

"Qanunyolu.info.az", "Qafqazinfo"-nun verdiyi xəbərə istinadən , bunu Xarici işlər naziri Ceyhun Bayramov brifinqdə deyib.

O bildirib ki, Moskvada görüş 11 saat çəkib:

"Arada fasilə olurdu, tərəflər məsləhətləşirdilər. Ermənistan o qədər mənasız məsələlər qaldırırdı ki, heç o barədə danışmaq, müzakirə aparmaq lazım deyil. Bəzən onların mənasız xırda texniki məsələ ilə bağlı qaldırdığı məsələyə görə yarım saat müzakirə aparırdıq. Ermənistan Ordusunun saat 12-dən sonra Azərbaycan mülki əhalisini atəşə tutması o deməkdir ki, atəşkəsə hələ də əməl etmir və hərbi əməliyyatlar davam edir. Ermənistan tərəfindən danışıqlarla bağlı hər hansı ciddi addım atılmasa hərbi əməliyyatlar bərpa oluna bilər".
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter