“Yunanıstandan olan şəxslərin Qarabağa döyüşçü kimi gəldiyi bildirilir”

  • 02.10.2020, 15:50,
  • Siyasət
  • Baxılıb: 9
“Yunanıstandan olan şəxslərin Qarabağa döyüşçü kimi gəldiyi bildirilir”

“Sosial şəbəkələrdə erməni əsilli şəxslərin Qarabağa gəlib vuruşacağı ilə bağlı məlumatlar yayılıb. Son dönəmdə xüsusən, Yunanıstandan və bəzi qərb ölkələrindən olan erməni əsilli insanların Qarabağa döyüşçü və muzdlu kimi gəlməsi bildirilir”.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev Hərbi İnformasiya Mərkəzinin brifinqində bildirib. “Lakin biz həmin ölkələri öz vətəndaşlarını bu qanunsuz əməllərdə iştirakının qarşısını almağa çağırırıq. Həmin şəxslər hərbi əməliyyatlarda iştirak etdikləri və mülki əhaliyə atəş açdıqları halda legitim hərbi hədəflərə çevrilirlər. Ona görə də həmin dövlətlər öz vətəndaşlarının bu əməllərinin qarşısını almaq üçün lazımı tədbirlər görməlidirlər. Bəzi ökələrin ölkəmizə qarşı kiberhücumlarda iştirakı ilə bağlı məlumatlar yayılıb. Həmin ölkələri də buna imkan verməməyə çağırırıq”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter