Timoşenko 5,5 milyon dollar təzminat aldı
- 04.05.2020, 23:54,
- Dünya
Baxılıb: 44
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukraynanın “Batkivşina” partiyası və parlament fraksiyasının lideri Yuliya Timoşenko 2011-2014-cü illərdə siyasi repressiyalara görə məhkəməyə qədər nizamlama mərhələsində ABŞ rezidentindən 148 milyon qrivna (təxminən 5,5 milyon dollar) təzminat aldığını təsdiqləyib.
"Qanunyolu.info.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Yuliya Timoşenko bu barədə özünün feysbuk hesabında yazıb.
Mayın 3-də “Batkivşina” partiyasının lideri əmlak vəziyyətinə dəyişiklik edilməsi barədə deklarasiya təqdim edib. Elektron deklarasiyadakı məlumata əsasən, gəlirin mənbəyi qismində xaricdə qeydiyyatdan keçən Reid, Collins, Tsai LLP kompaniyası göstərilib.
Xatırladaq ki, 2011-ci ilin oktyabr ayında Yuliya Timoşenko Rusiya ilə qaz müqaviləsi imzalanan zaman vəzifə səlahiyyətlərini aşması ittihamı ilə yeddi il müddətinə həbs cəzasına məhkum edilmiş, 2014-cü ilin fevralında Ali Radanın qərarı ilə azadlığa buraxılmışdı.