“Ermənistanda gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır”

  • 24.09.2020, 02:10,
  • Siyasət
  • Baxılıb: 26
“Ermənistanda gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır”

"Azərbaycan tərəfindən irəli sürülmüş və BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Halbuki Ermənistanda koronavirusla bağlı vəziyyət çox acınacaqlıdır".

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan bu təşəbbüsün əleyhinə yalnız onun Azərbaycan tərəfindən irəli sürüldüyünə görə çıxış edib:

"Belə bir təşəbbüsə etiraz irrasional düşüncənin məhsuludur. Bu, Ermənistanda hökm sürən və hökumət tərəfindən təşviq edilən Azərbaycanofobiyanın növbəti təzahürüdür. Ermənistanda gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır".
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter