Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvləri təyin edildi
- 31.08.2020, 18:15,
- Siyasət
Baxılıb: 28
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb."Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının tərkibinə aşağıdakı şəxslər təyin ediliblər:
Samir Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi
Vilayət Eyvazov – Azərbaycan Respublikasının Daxili İşlər naziri
Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi.