Prezidentdən Malayziyanın XVI Ali Başçısına məktub
- 29.08.2020, 16:00,
- Siyasət
Baxılıb: 17
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev Malayziyanın XVI Ali Başçısı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha təbrik məktubu ünvanlayıb. "Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, məktubda deyilir:
"Əlahəzrət,
Ölkənizin milli bayramı- Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Malayziya dostluğu və əməkdaşlığının daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Dünyanın üzləşdiyi COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan xalqının Malayziya xalqı ilə həmrəy olduğunu qeyd etmək istəyirəm.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Malayziyaya daim əmin-amanlıq və rifah diləyirəm".