“Ermənistanla Azərbaycan arasında tammiqyaslı münaqişə fəlakət olar” - BMT

  • 20.07.2020, 21:25,
  • Siyasət
  • Baxılıb: 24
“Ermənistanla Azərbaycan arasında tammiqyaslı münaqişə fəlakət olar” - BMT












Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb. O bildirib ki, dövlətlər arasında tammiqyaslı münaqişə fəlakət olar.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə məlumat verib.

“Baş katib Azərbaycanla Ermənistan arasında davam edən gərginliyi dərin narahatlıqla izləyir. O, maksimum təmkinliyə çağırır - bu iki ölkə arasında tammiqyaslı münaqişə fəlakət olar”, - Düjarik deyib.

Xatırladaq ki, daha əvvəl də BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı qarşıdurmaları dayandırmağa və münaqişənin həllinə başlamağa çağırmışdı.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter