KƏND TƏSƏRRÜFATI HEYVANLARININ MÖVSÜMİ XƏSTƏLİKLƏRİ VƏ QABAQLAYICI TƏDBİRLƏR

KƏND TƏSƏRRÜFATI HEYVANLARININ MÖVSÜMİ XƏSTƏLİKLƏRİ VƏ QABAQLAYICI TƏDBİRLƏR









Azərbaycanda bütün sahələrdə çalışan vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində dövlət mütəmadi olaraq müvafiq addımlar atır. Bu sahələrdən biri də kənd təsərrüfatıdır. Ölkə əhalisinin təxminən yarısı məhz bu sahədə çalışır. Bu səbəbdən fermerlər və digər kənd təsərrüfatı subyektlərinin hüquqlarının təmin edilməsi prioritet sahə sayılır.

Havanın temperaturunun yüksəlməsi, heyvanların otlaq sahələrinə çıxarılması, köçəri təsərrüfatların yaylaqlara köçməsi ilə əlaqədar heyvandarlıq təsərrüfatlarında mövsümi xarakterli xəstəliklər müşahidə edilməyə başlayır. Belə mövsümi xarakterli xəstəliklərə kənd təsərrüfatı heyvanları arasında geniş yayılmış invazion–helmintoz və qan-parazitar xəstəliklərini aid etmək olar. Helmintozlar müxtəlif parazit qurdların -helmintlərin törətdiyi parazitar xəstəlik olub, kənd təsərrüfatı heyvanları və ev quşları arasında geniş yayılmışdır. Azərbaycan respublikasının müxtəlif coğrafi bölgələrində kənd təsərrüfatı heyvanlarının və ev toyuqlarının helmint faunasının öyrənilməsi nəticəsində 119 növ helmint təyin olunmuşdur (qoyun–85, keçi–54, qaramal–83, camış–53, zebu–52, atlarda-28, dəvələrin hər iki növündə–29, ev toyuqları-18 növ və.s.)

Helmintozların kənd təsərrüfatı heyvanlarında yayılmasında sinantrop sahiblərin–it və pişiklərin də rolu böyükdür. Beləki, onlarda 82 növ helmint parazitlik edir ki, bunlardan 32 növü insan, 26 növü isə kənd təsərrüfatı heyvanlarında ümumilik təşkil edir. Heyvanlar helmintlərə əsasən, otlaqlarda–helmintlərin təbii ocaqlarında yoluxurlar. Bataqlıqlar, gölməçə ətrafında otlaqlar və rütubətli çəmənliklər helmintlərin yumurta və sürfələrinin inkişafı üçün əlverişli təbii ocaqlardır. Belə əlverişli şəraitdə invazion yumurtalar və sürfələr yem və su vasitəsi ilə heyvan orqanizminə düşüb onları yoluxdurur. Son illərin tədqiqatların nəticələri göstərir ki, təsərrüfatlara ciddi iqtisadi zərər vuran moniezioz, fassiolyoz, dikroselioz, paramfistomatoz xəstəlikləri yüksək intensivlik və ekstensivliklə müşahidə olunmaqdadır.
KƏND TƏSƏRRÜFATI HEYVANLARININ MÖVSÜMİ XƏSTƏLİKLƏRİ VƏ QABAQLAYICI TƏDBİRLƏR














Helmintozlara səbəb olan parazit qurdlar heyvanların orqan və toxumalarında lokalizasiya edərək parazit həyat sürür, heyvanda diri çəkinin və məhsuldarlığın azalmasına, boy inkişafından qalma, balavermə və yunun keyfiyyətinin aşağı düşməsinə, nəticədə immunitetin zəifləməsinə səbəb olurlar. Son zamanlarda xüsusi fermer təsərrüfatlarının yaranması ilə əlaqədar olaraq heyvandarlıqda xeyli dəyişikliklər baş vermiş, heyvanların örüşlərə çıxarılma rejimi dəyişilmiş, qoyunların sürülərdə sıxlığı xeyli azalmış, yaylaqlara çıxarılması məhdudlaşdırılmış, eləcədə əhalinin miqrasiyası, qeyri-qanuni ət-kəsim məntəqələrinin yaranması və.s. bu kimi antropogen amillərin təsiri təbii ki, bir sıra epizootoloji əhəmiyyət kəsb edən helmintlərin yeni-yeni təbii və məhəlli ocaqlarının yaranmasına səbəb olmuşdur. Odur ki, ekoloji və antropogen amilləri, helmintlərin təbii və məhəlli (makro, mikro) ocaqlarını nəzərə almaqla helmintozların yayılmasına qarşı planlı surətdə, elmi cəhətdən əsaslandırılmış mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədə uyğundur.

Kənd təsərrüfatı heyvanlarında helmintozların yayılmasının qarşısını almaq üçün birinci növbədəönləyici profilaktik tədbirlərə əməl olunmalıdır. Önləyici profilaktika –helmintozların qarşısının alınmasında aparılan kompleks mübarizə tədbirləri olub, helmintlərin bioloji inkişaf mərhələlərini öyrənən biliklərə əsaslanmaqla, xəstəliklərin epizootoloji vəziyyətinin təhlilini aparır, onlara qarşı aparılacaq kompleks mübarizətədbirlərini müəyyənləşdirir. Respublikanın müxtəlif ekoloji-coğrafi bölgələrində helmintozlarla yoluxma ilin mövsümindən asılı olaraq dəyişir. Beləki, düzənlik ərazilərdə qışın sonu, yazın əvvəli, dağlıq və dağətəyi ərazilərdə yazın sonu, yayın əvvəllərində baş verdiyi üçün qış fəslinin son aylarından başlayaraq dehelmintizasiya tədbirləri aparılmalıdır. Köçəri təsərrüfatlarda heyvanların köçdən öncəde helmintizasiyası tədbirlər planının əsas şərtlərindən biridir.

Heyvanların helmintlərin invazion sürfə və yumurtaları ilə yoluxmalarına qarşı rezistentliyinin yüksəldilməsi məqsədilə onların fizioloji tələblərə cavab verən tam keyfiyyətli, A, C, B12 vitaminləri, makro və mikro elementlərlə zəngin yemlərlə yemləndirilməsi, onların sucaq sahələrdən, gölməçələrdən kənar eləcədə, anthelmintik təsirəmalik yovşan, dəvətikanı, çaşır və.s. bitkilərdən ibarət otlaqlarda otarılması məqsədə uyğundur. Eləcədə mədəni otlaq sahələri yaradılmalı, heyvanlar xəstəlik törədiciləri iləyoluxma zəncirini qırmaq üçün növbəli otlaqlar (2 aydan bir otlaqlar dəyişilməlidir) təşkil olunmalıdır. Təsərrüfatdakı heyvanlar mütəmadi olaraq koproloji müayinədən keçirilməlidir. Xəstəlik aşkar edilərsə heyvan orqanizmində parazitlik edən helmintlərə qarşı mübarizədə kimyəvi preparatlardan istifadə etməklə dehelmintizasiya aparılmalıdır.
KƏND TƏSƏRRÜFATI HEYVANLARININ MÖVSÜMİ XƏSTƏLİKLƏRİ VƏ QABAQLAYICI TƏDBİRLƏR















Dehelmintizasiya tədbirləri kompleksində məcburi, profilaktik, preimaginal, imaginal və diaqnostik anthelmint tədbirlərin aparılması çox zəruridir. Bunun üçün heyvanlar yaşa görə qruplaşdırılıb, otlağa çıxarıldıqdan 25-30 gün sonra anthelmint preparatlarla dehelmintizasiya edilməlidir. Qurdlara qarşı dehelmintizasiya məqsədilə Ricofix, Avromec –Fac, Fasciol, Levozan, Brontel plyus, Albamelin və.s. preparatları yüksək səmərə verir. Kənd təsərrüfatı heyvanlarının mövsümi xarakterli digər invaziyasına qan-parazitar xəstəlikləri aiddir. Bu xəstəliklər mövsümi xarakter daşıyır vətəbii iqlim şəraitindən asılı olaraq mart ayının sonlarından oktyabrın axırlarına qədər davam edir. Qan-parazitar xəstəlikləri - kənd təsərrüfatı heyvanlarının anemiya, lixoradka, atoniya, mədə-bağırsaq sisteminin pozğunluğu ilə xarakterizə edilən, iti və xroniki formada büruzə verən ibtidai parazitlər tərəfindən törədilən invaziyalarıdır. Respublikanın müxtəlif coğrafi bölgələrində kənd təsərrüfatı heyvanlarında geniş yayılmış, ağır formada təzahür edən və yüksək ölümlə nəticələnən –5 tipi teylerioz, piroplazmoz, fransaielloz, anaplazmoz, babezioz qeyd edilməkdədir. Xəstəlik keçiriciləri Ixodidae fəsiləsinə aid (otlaq gənələri) gənələrdir. Xəstəlik törədiciləri gənələrin bədənində-toxumalarda, hemolimfada və yumurtada, heyvan orqanizmində əsasən qırmızı qan hüceyrələrində lokalizasiya edir. Heyvanlarda əvvəlcə daxili orqanlarda, daha sonra periferik qanda çoxalırlar. Havanın temperaturu yüksəldikcə torpaqda yatmış gənələr otlaqlarda aktiv həyat tərzinə keçir, heyvanlara yapışaraq qan sovurarkən parazitləri heyvanın qanına ötürürlər. Eləcədə gənələr xəstə heyvandan törədicini udub xəstəliyin yayılmasına səbəb olurlar.
KƏND TƏSƏRRÜFATI HEYVANLARININ MÖVSÜMİ XƏSTƏLİKLƏRİ VƏ QABAQLAYICI TƏDBİRLƏR













Respublikanın müxtəlif ekoloji-coğrafi bölgələrində qan-parazitar xəstəliklərinə yoluxma ilin mövsümindən asılı olaraq dəyişir, beləki, düzənlik ərazilərdə yazın sonu, yayın əvvəli, dağlıq və dağətəyi ərazilərdə yay fəslinin ortalarında intensiv müşahidə edilir. Xəstəliklə yoluxmanın birinci piki yaz aylarında (aprel-may), ikinci piki isə yay aylarında (iyun-iyul), nadir hallarda isə qış aylarında (dekabr-yanvar) müşahidə edilir. Son illərin tədqiqatları göstərir ki, daha çox rütubətli bölgələrdə qeyd edilən bu xəstəliklər artıq düzənlik əraziləri əhatə edən rayonlarda da intensiv qeyd edilməkdədir. Xəstəlik –yüksək hərarət (41,0-42,00C), limfa vəzilərinin şişkinliyi, selikli qişaların saralması, sidikdəqan, zülal komponentləri, qanda eritrositlərin 3 dəfə azalması, hemoqlobulinin aşağı düşməsi, quru öskürək, burundan irinli selik ifrazı, tüklərin pırpızlaşması və.s. əlamətlər ilə xarakterizə edir. Diri çəkinin azalması və balasalma halları da müşahidə edilir. Vaxtında müalicə aparılmadıqda tələfat baş verir, xüsusilə cavan heyvanlarda 60-80 % itkiyə səbəb olur. Xəstəlik törədicilərinin növündən asılı olaraq xəstəliyin inkubasiya dövrü 6-30 gün müddətində davam edə bilir. Qeyri-düzgün diaqnoz, vaxtında aparılmayan müalicə 6-7 gün ərzində heyvanların ölümünə səbəb ola bilir. Qızdırma xəstəliklərinə qarşı profilaktik mübarizədə əsas məqsəd keçirici gənə, parazit daşıyıcı və xəstəliyə həssas heyvan -üçlük adlanan bioloji “Zənciri” qırmaqdan ibarətdir. Bu məqsədlə kimyəvi profilaktika vasitəsilə–xəstəlik törədicilərini kənd təsərrüfatı heyvanlarına keçirən gənələr məhv edilməli, heyvanlar akarisid preparatlarla mart ayının sonuncu 10 günlüyündən başlayaraq çimizdirilməlidir.
KƏND TƏSƏRRÜFATI HEYVANLARININ MÖVSÜMİ XƏSTƏLİKLƏRİ VƏ QABAQLAYICI TƏDBİRLƏR
KƏND TƏSƏRRÜFATI HEYVANLARININ MÖVSÜMİ XƏSTƏLİKLƏRİ VƏ QABAQLAYICI TƏDBİRLƏR
Transmissiv mövsümi xarakterli qan-parazitar xəstəliklərinin yayılmasının qarşısını almaq üçün invaziyanın təbii ocaqlığı təyin olunmalı, xəstəliyin baş vermə ehtimalı olan bölgələrdə (məsələn rütubət və temperaturu yüksək olan cənub, yüksək hərarət müşahidə edilən düzənlik ərazilərdə) epizootik durum daima nəzarətdə saxlanılmalı, heyvanlar mütəmadi müayinədən keçirilməli, xəstəliyin yayılma mövsümünü eləcədə inkubasiya müddətinin 6-30 gün davam etməsini nəzərə alaraq klinik və laborator qan analizləri aparılmalıdır. Xəstəliyin yayılma ehtimalı olan bölgələrdə keçirici gənələr və törədici parazitlərin
coğrafi-ekoloji landşaftlarda növ tərkibinin sistematikası öyrənilməli, baş verəbiləcək xəstəliklərin epizootologiyası tədqiq, təhlil edilib öncədən kompleks profilaktik tədbirlər planı hazırlanmalıdır. Xəstəlik keçirən gənələrin heyvan üzərində, onların saxlanıldığı binalarda və ətraf mühitdə məhv edilməsi, otlaqlarda yayılmasının qarşısının alınması məqsədilə mütəmadi dezinseksiya tədbirləri aparılmalı (dezinseksiya gənələrin və.s. həşəratların mexaniki, kimyəvi, bioloji üsullarla məhv edilməsinə yönəlmiş kompleks mübarizə tədbirləridir), otlaqlardan fermalara gələn heyvanlar üzərində olan gənələr mütəmadi olaraq toplanılmalı, intensiv yoluxma olduqda isəakarisid preparatlarla çimizdirilməlidir. Xəstəliyin kütləvi hala keçməməsi üçün təcili xəstə heyvanlar təcrid olunub, kimyəvi preparatlarla müalicə olunmalı və profilaktik tədbirlər aparılmalıdır.
Xəstəliyin müalicəsində Butaleks, Bupajekt, Bupartek, 5 %-li Bupa-Smart, Buparvakvon preparatları parazitlərə qarşı yüksək effektivlik göstərir. Parazitotrop müalicəilə yanaşı, mütləq simptomatik müalicə aparılmalı, heyvanlarda rezistentliyin yüksəldilməsi məqsədilə, onlar fizioloji tələblərə cavab verən tam keyfiyyətli: A, C, B12 vitaminləri, makro və mikro elementlərlə zəngin yemlərlə yemləndirilməlidir.

P.S. Sonda "Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq, kollektivimiz adından Aygün xanım sizə işlərinizdə yeni-yeni müvəffəqiyyətlər və uğurlar arzulayırıq.
KƏND TƏSƏRRÜFATI HEYVANLARININ MÖVSÜMİ XƏSTƏLİKLƏRİ VƏ QABAQLAYICI TƏDBİRLƏR













Əzizova Aygün Aydın qızı
Baytarlıq Elmi-Tədqiqat İnstitutu Parazitologiya şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter