Tovuzda yaralanan əsgərlər danışır - Video
- 15.07.2020, 15:00,
- Siyasət
Baxılıb: 24
Facebook
Вконтакте
Одноклассники
Google+
AzTV erməni təxribatı nəticəsində cəbhənin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə yaralanan əsgərlərimizin müalicə aldığı hospitaldan reportaj hazırlayıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, yaralılar haqqında kanala ümumi məlumatı tibb xidməti polkovniki Roman Çobanov verib. Bildirib ki, düşmən tərəfindən yaralanmış hərbçilərə peşəkar həkimlər yardım göstərir: “Hazırda yaralılarımızın vəziyyəti keçirdikləri əməliyyatlara uyğundur, kafidir. Xəstələrimizn bir arzusu var. O da tez sağalaraq səngərə qayıdıb düşməndən qisas almaqdır”.
Hospitalda müalicəsi davam etdirilən əsgər Əliyev Novruz Əlixan oğlu özünü yaxşı hiss etdiyini söyləyib: “İnşallah, daha da yaxşı olub tez bir zamanda öz yoldaşlarımın yanına qayıdaram. Vurulub onları tək qoyduğum üçün özümü çox pis hiss edirəm”.
Onun əsgər yoldaşı
Mehdiyev Vüqar Elbrus oğlu da sağalar-sağalmaz ön xəttə qayıdıb düşmənə qarşı vuruşmağı səbrsizliklə gözlədiyini bildirib.