Müdafiə Nazirliyi daha bir açıqlama yaydı
- 12.07.2020, 18:55,
- Siyasət
Baxılıb: 19
Facebook
Вконтакте
Одноклассники
Google+
Müdafiə Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrində guya düşmən ölkənin hərbi bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib."Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib:
"Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır".