“Şənbə-bazar polis postlarının sayı daha da artacaq”

“Şənbə-bazar polis postlarının sayı daha da artacaq”












Xəbər verdiyimiz kimi, paytaxtın bəzi yerlərində polis postlarının fəaliyyəti yenidən bərpa edilib.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, AzTV-də şəhərdə bərpa edilən polis postları haqqında reportaj yayımlanıb.

Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Ələsgərli bildirib ki, bu cür postlar şənbə və bazar günləri daha çox olacaq: “Sürücülər şəhərin istənilən küçələrində bu cür mobil postları görəcəklər. Məqsədimiz icazə sistemində olan şəxsləri müəyyənləşdirməkdir. Həftəsonları qeyri-iş günləri olduğu üçün biz sürücülərin hərəkətdə olmamasını məsləhət görürük. Şəhər daxilində, o cümlədən şəhərdən kənara çıxma hallarının qarşısı polis tərəfindən alınacaq. Ona görə də həftəsonları üçün xüsusi istirahət proqramı hazırlamamağı vətəndaşlara məsləhət görürük”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter