İlham Əliyev Mətbuat Günü ilə bağlı sərəncam verdi
- 30.06.2020, 15:40,
- Siyasət
Baxılıb: 46
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, sərəncamda deyilir:
1. Azərbaycan milli mətbuatının 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun.
2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılsın:
2.1. koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsini təmin etsin;
2.2. jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.