“Qarabağ saatı” layihəsinə start verilir
- 24.06.2020, 18:30,
- Siyasət
Baxılıb: 21
Facebook
Вконтакте
Одноклассники
Google+
Diasporla İş üzrə Dövlət Komitəsi beynəlxalq ictimaiyyəti və xüsusilə dünya azərbaycanlılarını Qarabağ həqiqətləri ilə bağlı daha dərindən məlumatlandırmaq üçün “Qarabağ saatı” adlı yeni layihəyə başlayır.Komitədən "Qanunyolu.info.az", "Qafqazinfo"ya verilən məlumata istinadən, layihə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən “Qarabağ Araşdırmalar Mərkəzi” ilə birgə həyata keçiriləcək. Mərkəz layihənin informasiya təminatını həyata keçirəcək.
Layihə çərçivəsində Diaspor TV-də Azərbaycan və ingilis dillərində “Qarabağ saatı” adlı proqram yayımlanacaq, xaricdə yaşayan azərbaycanlı gənclərlə, eyni zamanda xarici mütəxəssislərlə debatlar, videokonfranslar təşkil olunacaq. Layihənin məsləhətçisi və TV proqramının aparıcısı “Qarabağ Araşdırmalar Mərkəzi”nin rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovdur.