Maliyyə Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik - Siyahı
- 30.04.2026, 13:00,
- Siyasət
Baxılıb: 13
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Maliyyə Nazirliyinin kollegiyasının tərkibinə dəyişiklik edilib.“Qanunyolutv.az” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, Maliyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 13-dən 15-ə çatdırılıb və aşağıdakı kimi təsdiqlənib.
Kollegiyanın sədri maliyyə naziri.Kollegiyanın üzvləri:- Azərbaycan maliyyə nazirinin birinci müavini;
- Azərbaycan maliyyə nazirinin müavinləri;
- Naxçıvan Muxtar Respublikasının maliyyə naziri;
- Azərbaycan Maliyyə Nazirliyi Aparatının rəhbəri;
- Azərbaycan Maliyyə Nazirliyi Aparatının rəhbərinin müavinləri;
- Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi;
- Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru;
- Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru;
- Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru.