General-leytenant təqaüdə göndərildi
- 07.02.2026, 10:30,
- Siyasət
Baxılıb: 7
Facebook
Вконтакте
Одноклассники
Google+
Dövlət Sərhəd Xidməti (DSX) Mərkəzi Aparatının sabiq rəhbəri general-leytenant Babək Qurbanov təqaüdə göndərilib.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, 43 yaşlı general öz istəyi ilə xidmətdən ayrılıb.
Babək Qurbanov İkinci Qarabağ müharibəsində şücaət göstərən zabitlərdəndir. Müharibədən sonra o, bir sıra orden və medallarla təltif edilib, həmçinin
“Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb. Onun əkiz qardaşı Bayram Qurbanov da
hərbçidir. Polkovnik Babək Qurbanov Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə davam edir.
Xatırladaq ki, general-leytenant bu yaxınlarda DSX Mərkəzi Aparatının rəhbəri vəzifəsindən çıxarılıb. Dünən məlumat verdiyimiz kimi artıq həmin vəzifəyə
general-mayor Faiq Məmmədov təyin edilib.