Qazaxıstan Prezidentinin mətbuat katibi koronavirusa yoluxdu
- 06.06.2020, 21:10,
- Siyasət
Baxılıb: 17
Facebook
Вконтакте
Одноклассники
Google+
Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Uali koronavirusa yoluxub. "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən bildirir ki, bu barədə “Sputnik Qazaxıstan” xəbər verib.
“Təəssüf ki, bütün ehtiyat tədbirlərinə baxmayaraq, son koronavirus testimin müsbət nəticə göstərdiyini bildirməliyəm. Hazırda xəstəxanada həkimlərin nəzarəti altındayam. Vəziyyətim qənaətbəxşdir”, - Berik Uali danışıb.
Mətbuat katibi qeyd edib ki, ölkə Prezidenti Kasım-Jomart Tokayev işini cədvələ uyğun davam etdirir, onun sağlamlığı üçün heç bir təhlükə yoxdur.
“Dövlət başçısı müntəzəm testdən keçir. Akordda sanitar rejim gücləndirilib, təhlükəsizlik tədbirləri sərtləşdirilib”, - Qazaxıstan sakinlərini karantin rejiminə ciddi əməl etməyə və profilaktik tədbirlər görməyə çağıran Uali bildirib.
Xatırladaq ki, Qazaxıstanda 12 511 nəfərdə koronavirus aşkarlanıb. 7 135 pasiyent sağalıb, 53 nəfər vəfat edib.