Əşrəf Qani İlham Əliyevi təbrik edib

  • 03.06.2020, 20:00,
  • Siyasət
  • Baxılıb: 89
Əşrəf Qani İlham Əliyevi təbrik edib












Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, sözügedən təbrik məktubunda deyilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Əfqanıstan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Ölkələrimiz arasındakı dostluq əlaqələrinin və əməkdaşlığın daha da genişlənməsi arzumu ifadə etməklə yanaşı, inanıram ki, Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə daha böyük inkişafa nail olacaqdır.

Zati-aliləri, Sizə cansağlığı, müvəffəqiyyət, dost Azərbaycan xalqına isə səadət və tərəqqi arzulayıram”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter