ECO-nun sammitində iştirak etmək üçün ölkəmizə gəldilər - Fotolar+Yenilənib
- 03.07.2025, 20:30,
- Siyasət
Baxılıb: 12
Facebook
Вконтакте
Одноклассники
Google+
Əfqanıstan Baş nazirinin müavini Əbdül Qəni Baradar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün bu gün Füzuli rayonuna gəlib.“Qanunyolutv.az” xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında qonağı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.
****
Nigeriyanın büdcə və iqtisadi planlama naziri Abubakar Atiku Baqudu da ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Füzuli rayonuna səfərə gəlib.Füzuli Beynəlxalq Hava Limanında qonağı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov qarşılayıb.
****
Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfərə gəlib.Füzuli Beynəlxalq Hava Limanında qonağı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov qarşılayıb.
