Vuçiç və Lukaşenko Bakıdadır - Yenilənib - Fotolar
- 11.11.2024, 14:30,
- Siyasət
Baxılıb: 4
Facebook
Вконтакте
Одноклассники
Google+
Serbiya Prezidenti Aleksandar Vuçiç COP29-da iştirak etmək üçün Azərbaycana səfərə gəlib.“Qanunyolutv.az” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər rəsmi şəxslər qarşılayıblar.
****
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəmizdə səfərdədir.Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı ədliyyə naziri Fərid Əhmədov, ölkəmizin Belarusdakı səfiri Məhərrəm Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.
****
Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana səfərə gəlib.Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı elm və təhsil naziri Emin Əmrullayev, ölkəmizin Slovakiyadakı səfiri Vüsal Abdullayev və digər rəsmi şəxslər qarşılayıblar.
****
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ölkəmizə səfərə gəlib.Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.
****
Yəmənin vitse-prezidenti Abdulla Al-Alimi Azərbaycana səfərə gəlib.Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar.
****
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhya Azərbaycana səfərə gəlib.Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.
