Vilayət Eyvazov Gürcüstanın daxili işlər naziri ilə görüşdü

  • 13.06.2025, 18:00,
  • Siyasət
  • Baxılıb: 4
Vilayət Eyvazov Gürcüstanın daxili işlər naziri ilə görüşdü

Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Gürcüstanın daxili işlər naziri Gela Geladze ölkəmizə rəsmi səfərə gəlib.

"Qanunyolutv.az" xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən məlumta görə, Gela Geladze və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar.

Vilayət Eyvazov Gela Geladzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə Gela Geladzeni təbrik edərək bu səfərin əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın, xüsusilə də transmilli cinayətkarlığın bütün növləri ilə, o cümlədən kibercinayətkarlıqla mübarizə sahəsində birgə əlaqələrin, təcrübə və informasiya mübadiləsinin və yaradılmış normativ-hüquqi bazanın ilk növbədə dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət etdiyi nəzərə çatdırılıb.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter