İlham Əliyevi təbrik etdilər - Yenilənir

  • 29.05.2025, 17:00,
  • Siyasət
  • Baxılıb: 3
İlham Əliyevi təbrik etdilər - Yenilənir

Şri-Lanka Prezidenti Anura Kumara Dissanayake Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Qanunyolutv.az” xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına Şri-Lanka Hökuməti və xalqı adından səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Şri-Lanka ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığa, qarşılıqlı anlaşmaya və ümumi dəyərlərə əsaslanan səmimi dostluq əlaqələri mövcuddur. Əminəm ki, ölkələrimiz arasında sıx əməkdaşlıq xalqlarımızın qarşılıqlı rifahı naminə gələcək illərdə daha da genişlənəcək və möhkəmlənəcəkdir.

Zati-alinizin uzaqgörən rəhbərliyi Azərbaycanı sülh, tərəqqi və firavanlıq yolu ilə irəliyə doğru aparmışdır.

Mən, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29), xüsusilə də iqlim dəyişikliyi problemi ilə bağlı kollektiv səylərin birləşdirilməsində Azərbaycanın nümunəvi rəhbərliyini yüksək qiymətləndirirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram”.
****

“Azİz” – İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Adam Amilov:

“Hörmətli İlham Heydər oğlu.

Sizi “Azİz” Assosiasiyası və bütün dost İsrail xalqı adından böyük bayram – Azərbaycanın Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

1918-ci il mayın 28-i Azərbaycan xalqının azadlıq, demokratiya və müstəqillik hüququnu dünyaya bəyan etdiyi gündür.

Güclü, qüdrətli dövlət olan müasir Azərbaycanı İsrail ilə möhkəm dostluq münasibətləri, qarşılıqlı hörmət və geniş əməkdaşlıq birləşdirir.

Əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icması həmişə səmimiyyət, hörmət və təhlükəsizlik hiss edib. Bu nadir münasibət hər iki xalq üçün fəxrdir.

“Azİz” Assosiasiyası ölkələrimiz arasında tərəfdaşlığın, dialoqun və mədəni mübadilənin inkişafına öz töhfələrini verməkdə davam edir.

Bu əlamətdar gündə Azərbaycana daha böyük tərəqqi və yeni nailiyyətlər arzulayıram. Qoy, xalqlarımız arasında dostluq daha da möhkəmlənsin və bütün vətəndaşlarınız ölkənizdə hər zaman firavanlıq, təhlükəsizlik şəraitində, qürurla yaşasınlar!”
****

Maldiv Prezidenti Məhəmməd Muizzu:

“Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına Maldiv Hökumətinin və xalqının səmimi təbriklərini və xoş arzularını çatdırmaqdan böyük məmnunluq duyuram. Bu tarixi bayram Azərbaycan xalqının müstəqilliyi və öz müqəddəratını təyin etməsi ilə səciyyələnir, onun birliyini və mətanətini simvolizə edir.

Maldiv Respublikası ölkələrimizin mənafeyinə uyğun olaraq ikitərəfli əlaqələri dərinləşdirməyə, tərəfdaşlığı inkişaf etdirməyə sadiqdir.

Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq diləyirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
****

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin:

“Zati-aliləri. Azərbaycan Respublikasının dövlət bayramı – Müstəqillik Günü münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan Sizə təbriklərimi çatdırıram.

İcazə verin, Sizə möhkəm cansağlığı, əmin-amanlıq, tükənməz enerji və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayım.

Sizi əmin edirik ki, “Mir” Teleradio Şirkəti bundan sonra da Azərbaycan Respublikanın həyatını və baş verən hadisələri maksimum dərəcədə obyektiv və geniş işıqlandıracaqdır”.
****

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko:

“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi təbrik edirəm. Azərbaycan sabit, dinamik inkişaf edən müstəqil və bənzərsiz dövlətdir, zamanın çağırışlarına şərəflə cavab verir, öz vətəndaşlarının rifahı naminə hüquqi vətəndaş cəmiyyətini möhkəmləndirir.

Tam əminəm ki, xalqlarımızın dostluğu ildən-ilə möhkəmlənəcəkdir. Seçenov Universitetinin birinci xarici filialı məhz Azərbaycanın paytaxtında açılıb və bu, bizim üçün xüsusi qürur mənbəyidir. Bu il Bakı filialı onillik yubileyini – ölkələrimizin təhsil, elm və səhiyyə tərəfdaşlığı tarixində mühüm mərhələni qeyd edir.

Bu əməkdaşlığın ən qiymətli bəhrələrindən biri hazırda Azərbaycan səhiyyəsini inkişaf etdirən gənc mütəxəssislərdir. Onlar ölkənin sakinlərinin sağlamlığı naminə fəaliyyət göstərirlər. Azərbaycana bütün qəlbimlə davamlı inkişaf, tərəqqi və sülh arzulayıram”.
****

Nikaraqua Prezidenti Daniel Orteqa Saavedra və vitse-prezidenti Rosario Muriyo:

“Hörmətli Prezident, əziz Qardaşımız.

28 May - Müstəqillik Günü münasibətilə Sizə, qardaş Azərbaycan xalqına və Hökumətinə Barışıq və Milli Birlik Hökuməti adından, həmçinin öz adımızdan səmimi təbriklərimizi çatdırırıq.

Azərbaycan xalqının tarixini, milli kimliyini və suverenliyini təcəssüm etdirən bu əlamətdar günü daim firavan və azad olan Nikaraquada ölkənizlə birlikdə qeyd edirik. Xalqlarımızı birləşdirən dostluq, həmrəylik və əməkdaşlıq münasibətlərini möhkəmləndirməyə sadiqliyimizi bir daha vurğulayırıq.

Hörmətli Prezident, Zati-alinizə və bütün qardaş Azərbaycan xalqına əmin-amanlıq, tərəqqi və rifah arzularımızı çatdırırıq”.
****

İsraildə fəaliyyət göstərən “Sholumi” Dağ Yəhudiləri İrsi Mərkəzinin rəhbəri Şaul Siman-Tov:

“Hörmətli cənab Prezident.

“Sholumi” Mərkəzinin adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Müstəqilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

1918-ci il mayın 28-i tarixə Şərqdə ilk dünyəvi və demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü kimi daxil olub. Həmin gün azadlığın, milli ləyaqətin, sülhə və tərəqqiyə yönəlmiş səylərin rəmzinə çevrilib.

Müasir Azərbaycan zəngin tarixə, güclü dövlətçilik ruhuna, parlaq mədəniyyətə malik ölkədir. İsrail ilə Azərbaycanın dostluğu təkcə ümumi maraqlara deyil, həm də xalqlarımız arasında formalaşmış dərin hörmətə və etimada əsaslanır.

Əsrlər boyu Azərbaycanda yaşamış dağ yəhudiləri özlərini həmişə bu torpağın bir parçası kimi hiss ediblər. Biz Azərbaycan xalqından gördüyümüz hörmət və dəstəklə bağlı xatirəni qürurla yaşadırıq. Bu səmimi münasibətlər indi də davam edir və əminik ki, daha da güclənəcəkdir.

“Sholumi” Mərkəzi Azərbaycanın çoxmillətli tarixinin tərkib hissəsi kimi dağ yəhudilərinin mədəni irsini qoruyub saxlamağa və yaymağa çalışır. Biz mədəniyyət və qarşılıqlı anlaşma yolu ilə əməkdaşlıq etmək və insanları birləşdirmək imkanından çox məmnunuq.

Cənab Prezident, bu əlamətdar gündə Sizə, həmçinin bütün qardaş Azərbaycan xalqına daim sülh, tərəqqi, xoşbəxtlik və yeni qələbələr arzulayıram”.
****

İrlandiyanın Prezidenti Maykl Higgins:

“Zati-aliləri.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına İrlandiya xalqı adından və öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Qoy, gələcək illər Azərbaycan xalqına sülh, daha çox rifah və xoşbəxtlik gətirsin!”
****

Malta Prezidenti Miriam Spiteri Debono:

“Zati-aliləri.

28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə və xalqınıza Malta xalqı adından, həmçinin öz adımdan səmimi təbriklərimi çatdırıram.

Bu il Malta Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı hörmət və ümumi anlaşma əsasında qurulmuş diplomatik münasibətlərin 30 illiyi qeyd olunur. Əminəm ki, dövlətlərimiz arasında münasibətlər gələcək illərdə də inkişaf edəcəkdir.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və əmin-amanlıq, ölkənizə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.

Zatı-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
****

Oman Sultanı Heytəm bin Tariq Al Səid:

“Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, səadət, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq diləyirəm”.
****

Dominikan Prezidenti Luis Abinader:

“Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Eyni zamanda, qardaş Azərbaycan xalqına firavanlıq və rifah diləyirəm”.
****

Laos Prezidenti Thonqlun Sisulit:

“Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Laos xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi, xoş arzularımı çatdırıram.

İnanıram ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri və əməkdaşlıq birgə səylərlə gələcək illərdə xalqlarımızın mənafeləri, eləcə də regionda və bütövlükdə dünyada sülh, sabitlik və davamlı inkişaf naminə daha da möhkəmlənəcək və genişlənəcəkdir.

Bu fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, ali missiyanızda uğurlar, Azərbaycan xalqına isə davamlı rifah və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
****

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə:

“Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq diləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
****

Xorvatiya Baş naziri Andrey Plenkoviç:

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikası Hökuməti adından və öz adımdan Sizə və Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan şərəf duyuram.

Xorvatiya Respublikası Azərbaycan Respublikası ilə səmimi münasibətlərə və səmərəli əməkdaşlığa böyük əhəmiyyət verir. Dialoqa, qarşılıqlı hörmətə və tərəfdaşlığa sadiqliyimiz müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verib.

Əminəm ki, Xorvatiya ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq ümumi nailiyyətlərimiz əsasında dərinləşəcək, xalqlarımıza tərəqqi və firavanlıq gətirəcəkdir.

Zati-aliləri, bu əlamətdar gün münasibətilə Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Azərbaycan Respublikasına və onun vətəndaşlarına davamlı rifah, əmin-amanlıq və tərəqqi arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter